Modern.az

Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır

Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır

Dünya

8 Fevral 2026, 16:18

İran prezidenti Məsud Pezeşkian İran–ABŞ arasında aparılan danışıqlarla bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, o , “X” hesabında paylaşımında danışıqları müsbət qiymətləndirib.

 

Pezeşkian bildirib ki, regiondakı dost hökumətlərin iştirakı və vasitəçiliyi ilə keçirilən İran–ABŞ danışıqları irəliyə doğru atılmış bir addım olub.

 

Onun sözlərinə görə, dialoq Tehran üçün hər zaman sülh yolu ilə həllin əsas strategiyası olub.

 

İran prezidenti vurğulayıb ki, nüvə məsələsində Tehranın mövqeyi Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) təsbit olunmuş hüquqlara əsaslanır.

 

O əlavə edib ki, İran xalqı hörmətə həmişə hörmətlə cavab verib, lakin təzyiq və güc dili ilə danışılmasını qəbul etmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?