Modern.az

Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır"

Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır"

Dünya

10 Fevral 2026, 00:59

"Ukrayna üçün təhlükəsizlik zəmanətləri real və təsirli olmalı, eyni zamanda uzunmüddətli sülhün əsasını formalaşdırmalıdır".

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşımında bildirib.

O qeyd edib ki, yaxın günlərdə müdafiə və təhlükəsizlik mövzularında mühüm beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Zelenskinin sözlərinə görə, Ukrayna mövqeyi Avropa ölkələri və ABŞ-yə ətraflı şəkildə təqdim olunacaq, danışıqlar qrupu isə qarşıdakı görüşlərdə nəticə verə biləcək sənəd və təkliflər üzərində gündəlik əsasda işləyir.

Prezident vurğulayıb ki, prosesin uğuru Ukrayna və onun tərəfdaşlarının koordinasiyalı fəaliyyətindən asılıdır.

“Bizə sülh lazımdır. Etibarlı təhlükəsizlik təminatları sülhün davamlı olması üçün yeganə real əsasdır ki, Rusiya əldə olunan razılaşmaları hücumlar və ya hibrid üsullarla poza bilməsin. Bu təminatlar real olmalı və uzunmüddətli sülh üçün möhkəm zəmin yaratmalıdır”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, təhlükəsizlik zəmanətləri və Ukraynanın müharibədən sonrakı bərpasına dair sənədlər artıq hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi