Modern.az

Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb

Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb

Dünya

10 Fevral 2026, 01:23
Türkiyənin paytaxtı Ankara şəhərində dəhşətli ailə faciəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Keçiören rayonunda qeydə alınıb.

Məlumata görə, 35 yaşlı Recep Cengiz odlu silahla 57 yaşlı anasını və 8 yaşlı qızını qətlə yetirib. Daha sonra onların cəsədlərini avtomobilinin baqajına yerləşdirərək boşanma mərhələsində olduğu həyat yoldaşının yaşadığı ünvana gedib və onu da öldürüb. Ardınca isə özünə qəsd edib.

Yerli “X” platformasında yayılan məlumatlara əsasən, R. Cengiz hadisədən əvvəl həbsxanadan müvəqqəti icazə ilə azadlığa buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Haber Global)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi