Fransada gənclər arasında zorakılıq hallarının artdığı müşahidə olunur.
Moderna.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “BFMTV” telekanalına müsahibəsində açıqlama verib.
Nazirin sözlərinə görə, zorakılıq artıq daha adi və gündəlik səbəblər üzündən gənclər arasındakı münasibətlərdə özünü göstərməyə başlayıb. O xüsusilə soyuq silahdan istifadə hallarının artmasına diqqət çəkib.
Nunyes bildirib ki, 2025-ci ilin mart–dekabr ayları arasında 525 şagirdin üzərində bıçaq aşkarlanıb. Yoxlamalar məktəblərin özündə və ya onların ətrafında aparılıb.
Daxili işlər naziri hakimiyyətin bu vəziyyətə sərt reaksiya verməsinin vacib olduğunu vurğulayıb və hüquq-mühafizə orqanlarının hər ay təhsil müəssisələrində və yaxın ərazilərdə təxminən 1,5 min şagird üzərində yoxlamaları davam etdirəcəyini qeyd edib.