Modern.az

Qazaxıstanda rus dilinin statusu ilə bağlı dəyişiklik nəzərdə tutulur

Qazaxıstanda rus dilinin statusu ilə bağlı dəyişiklik nəzərdə tutulur

Dünya

10 Fevral 2026, 02:27

Qazaxıstan Konstitusiya Məhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov yeni konstitusiya layihəsində rus dilinin statusuna dair düzəlişlər edildiyini bildirib.

Modern.az xəbər verir ki, əvvəlki variantda konstitusiya layihəsinin 9-cu maddəsində rus dilinin dövlət orqanlarında və yerli özünüidarəetmə strukturlarında qazax dili ilə bərabər rəsmi şəkildə istifadə olunduğu qeyd edilirdi.

Yeni redaksiyada isə Nurmuxanovun sözlərinə görə, “bərabər” ifadəsi “yanaşı” sözü ilə əvəzlənib. O vurğulayıb ki, bu dəyişiklik mahiyyət etibarilə deyil, daha çox redaksiya və üslub xarakteri daşıyır.

Xatırladaq ki, konstitusiya islahatları üzrə komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 21 yanvar tarixli sərəncamı əsasında yaradılıb. (RIA Novosti)

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi