Modern.az

Tramp Kanada, Venesuela və Qrenlandiyanı ABŞ-a "birləşdirdi” - FOTO

Tramp Kanada, Venesuela və Qrenlandiyanı ABŞ-a "birləşdirdi” - FOTO

Dünya

10 Fevral 2026, 12:06

ABŞ prezidenti Donald Tramp özünün Truth Sosial şəbəkəsindəki hesabında Kanada, Qrenlandiya və Venesuelanın ABŞ-ın bir hissəsi kimi təsvir olunduğu foto paylaşıb.

Modern.az xəbər verir ki, süni intellekt tərəfindən yaradılan fotoda Ağ Ev rəhbərinin Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də daxil olmaqla Avropa liderləri ilə görüşdüyü təsvir olunub.

Arxa planda Kanada, Venesuela və Danimarkanın Qrenlandiya adasının Amerika bayrağının rənglərində ABŞ ərazisi kimi əks olunduğu xəritə görünür.

Amerika lideri fotonu əlavə şərhlər vermədən paylaşıb.

Xatırladaq ki, Tramp dəfələrlə Qrenlandiyanı zəbt etmək niyyətini açıqlayıb. Onun bu niyyəti Avropa İttifaqına üzv dövlətlərinin demək olar ki, bütün liderlərində narazlıq doğurub.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda tunellər bağlandı - DƏHŞƏTLİ HÜCUM başlayır