“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan parlament seçkilərində “Ermənistan üçün təklif” proqramı ilə iştirak etmək niyyətindədir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl seçkilərdə iştirak edəcəklərini hakim “Vətəndaş Müqaviləsi” Partiyası, sabiq prezident Robert Koçaryan, “Birlik qanadları” təşəbbüsünə rəhbərlik edən keçmiş ombudsman Arman Tatoyan, həmçinin ideya lideri 18 iyun tarixindən etibarən həbsdə olan sahibkar Samvel Karapetyan olan “Özünəməxsus” hərəkatı bəyan ediblər.
Bundan əlavə, seçkilərdə Yerevanın keçmiş meri Ayk Marutyan “Yeni güc” partiyası ilə, eləcə də siyahısına sədr müavini Levon Zurabyanın başçılıq edəcəyi “Erməni Milli Konqresi” Partiyası iştirak edəcək.
Qeyd edək ki, seçkilər 7 iyun 2026-cı il tarixində keçiriləcək.