Modern.az

İran ABŞ-la danışıqları davam etdirmək istəyir

İran ABŞ-la danışıqları davam etdirmək istəyir

Dünya

10 Fevral 2026, 14:00

İran nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqların formatını dəyişdirməyi planlaşdırmır, məsləhətləşmələr dolayı yolla davam edəcək.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagaei bildirib.

"Hazırda danışıqların formatını dəyişdirmək planı yoxdur. Yəni, gələcək danışıqlar bu mərhələdə olduğu kimi davam edəcək", - Bagaei mətbuat konfransında vurğulayıb.

İranın xarici işlər naziri Abbas Arakçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları zamanı 6 fevralda Məsqətdə ABŞ ilə İranın nüvə proqramına dair aparılan danışıqları tərifləyib.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Arakçi danışıqları yaxşı başlanğıc adlandırıb və eyni zamanda Amerika tərəfinin niyyət və məqsədləri ilə bağlı inamsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Fevralın 6-da Omanın paytaxtında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında dolayı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?