Modern.az

Tokayev Konstitusiyanı dəyişir - Qazaxıstanda rus dilinə “zərbə” 

Tokayev Konstitusiyanı dəyişir - Qazaxıstanda rus dilinə “zərbə” 

Dünya

10 Fevral 2026, 15:01

Qazaxıstanda Prezident Qasım-Jomart Tokayevin təşəbbüsü ilə yeni Konstitusiya layihəsi hazırlanıb.

Modern.az xəbər verir ki, yeni layihədə rus dilinin istifadəsinə dair dəyişiklik əks olunub.

Bu barədə mətbuata Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov bildirib.

"Yeni Konstitusiyanın 9-cu maddəsində '”ten” ('bərabər') sözü “katar” ('yanında') sözü ilə əvəz edilib", - deyə Nurmuxanov bildirib.

Qazaxıstanın hazırkı Konstitusiyasının 7-ci maddəsinin ikinci abzasına əsasən, dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında rus dili rəsmi olaraq qazax dili ilə bərabər istifadə olunur.

Beləliklə, Qazaxıstanın yeni Konstitusiyasında yalnız bir dövlət dili - qazax dili nəzərdə tutulur, rus dili isə onunla yanaşı istifadə olunacaq.

Bu, Qazaxıstanda rus dilinin dövlət dili statusunu itirməsi deməkdir.

Qazaxıstanda hərtərəfli konstitusiya islahatı aparılır və ölkə parlamenti bunu "dövlət arxitekturasının yenidən baxılması" adlandırıb.

İslahatın başlanğıc nöqtəsi Prezident Qasım-Jomart Tokayevin 8 sentyabr 2025-ci il tarixində xalqa müraciətində elan etdiyi birpalatalı parlamentə keçid təşəbbüsü olub.

Yeni Konstitusiya layihəsində birpalatalı parlamentə keçid nəzərdə tutulur.

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi 31 yanvarda dərc edilib. Yeni Konstitusiyanın əsas ideyaları arasında təhsil və elm, mədəniyyət və innovasiya, eləcə də rəqəmsal mühitdə vətəndaşların hüquqlarının qorunması yer alır. Onun əsas müddəaları dövlətin "insan mərkəzliliyini" gücləndirməyə yönəlib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?