Modern.az

Ermənistan itkinlərin reyestrini hazırlayır

Ermənistan itkinlərin reyestrini hazırlayır

Dünya

10 Fevral 2026, 15:11

Ermənistan itkin düşmüş şəxslərin vahid reyestrini yaradacaq və məlumatlar həmin şəxslərin ailə üzvləri, dövlət qurumları və yerli özünüidarəetmə orqanları üçün əlçatan olacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan 10 fevral parlament iclasında "Hərbi əməliyyatlar nəticəsində yaranmış şəraitdə itkin düşmüş şəxslər haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin birinci oxunuşu zamanı bildirib.

O, itkin düşmüş şəxslərlə bağlı məsələlərlə məşğul olan səlahiyyətli orqanın Ermənistan Milli Təhlükəsizlik Xidməti olduğunu deyib. Həmçinin bildirib ki, bu məsələ ilə bağlı beynəlxalq əməkdaşlıq müddəaları da daxil ediləcək.

Qalyan bildirib ki, layihənin hazırlanması prosesində itkin düşmüş şəxslərin ailələri və valideynləri, ictimai təşkilatların nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə müzakirələr aparılıb.

"Bütün təkliflər layihədə öz əksini tapıb", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, itkinlərlə bağlı statistik məlumatlara malik deyil.

"Əvvəllər şəxsiyyəti müəyyən edilməmiş cəsədlərin sayı 80 idi", - deyə o qeyd edib. Srbuhi Qalyan xatırladıb ki, səlahiyyətli orqan dövlət qurumlarının sorğularına 15 gün ərzində, vətəndaşların sorğularına isə 30 gün ərzində cavab verməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?