Modern.az

Paşinyan alternativ marşurutların olmasından narahatdır

Paşinyan alternativ marşurutların olmasından narahatdır

Dünya

10 Fevral 2026, 23:09

Dəmir yolları məsələsi üzrə Ermənistan tərəfi həm siyasi, həm də texniki müstəvidə Rusiyadakı tərəfdaşlara müraciət edib və ilkin mərhələdə müsbət siqnallar alınıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli kanallara müsahibəsində deyib.

O açıq şəkildə vurğulayıb ki, hazırda prinsipial bir məqam var və bu, gizlədilmədən müzakirə olunmalıdır.

Paşinyanın fikrincə, Zəngilan istiqamətindən çəkiləcək dəmir yolunun Meğri ərazisinə daxil olması və oradan yenidən Azərbaycana çıxması texniki baxımdan mümkündür. Lakin bu layihənin hansı beynəlxalq formatda və hansı şərtlərlə reallaşdırılacağı əsas sual olaraq qalır.

Paşinyan bildirib ki, Azərbaycan və Türkiyə tərəfindən Qars – Dilucu dəmir yolu layihəsi fəal şəkildə irəli aparılır. Bu fonda Ermənistan üçün Axurik – Yerasx xəttinin logistika prosesinə cəlb edilməsi həyati əhəmiyyət daşıyır. Sözügedən xətt hazırda Rusiya idarəçiliyindədir və əgər bu istiqamət nəqliyyat zəncirinə daxil edilməzsə, Ermənistan faktiki olaraq rəqabət üstünlüyünü itirə bilər.

Baş nazirin sözlərinə görə, alternativ marşrutların digər tərəf üçün daha cəlbedici hala gəlməsi Ermənistan üçün strateji itkilər deməkdir. Buna görə də, maraqlar balansını qoruyan, tərəfdaşlıq və real dostluq prinsiplərinə əsaslanan bir həll yolu tapılmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?