Modern.az

Ukraynaya silah almaqda ən çox kömək edən 6 ölkə - SİYAHI

Ukraynaya silah almaqda ən çox kömək edən 6 ölkə - SİYAHI

Dünya

11 Fevral 2026, 12:42

Ukraynanın NATO-dakı diplomatik missiyasının rəhbəri Alena Getmançuk hava hücumundan müdafiə də daxil olmaqla kritik ehtiyac duyulan Amerika silahlarının alınmasında ölkəsinə ən böyük yardım göstərən dövlətlərin adlarını sadalayıb.

Modern.az xəbər verir ki, "European Pravdanın məlumatına görə, Getmançuk bu barədə Ukraynanın da dəvət olunduğu NATO nazirlərinin görüşü ərəfəsində Brüsseldə jurnalistlərə danışıb.

Səfir təsdiqləyib ki, NATO-ya üzv ölkələr arasında Ukraynaya yardımın bölgüsü qeyri-bərabərdir və xərclərin qeyri-mütənasib hissəsini ödəyən bir neçə aparıcı dövlət var.

"PURL (Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı) proqramına töhfələrə görə lider Norveçdir. İkinci donor Niderland, üçüncü Almaniyadır. Çox yaxın olan daha üç ölkə var - Kanada, İsveç və Danimarka", - deyə o bildirib.

Getmançukun sözlərinə görə, bu aparıcı dövlətlər vəsaitlərin ədalətli bölüşdürülməsi məsələsini qaldırırlar və bu, proqramın maliyyələşdirilməsində problem olduğunu göstərir. Bununla belə, onlar Ukraynanı dəstəkləməyə davam etməyə hazırdırlar.

"Bu ilk 6-lıq əslində PURL proqramı maliyyələşdirməsinin əsasını təşkil edir. Digərləri də diqqətəlayiq töhfələr veriblər”.

Bu həftə Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının alınmasına yeni ölkələr də qoşulmalıdır.

NATO Ukraynaya yardımda öz rolunu tamamilə yenidən nəzərdən keçirib və hazırda Ukrayna Silahlı Qüvvələrində silahların 80%-i Alyansdan keçir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər