Modern.az

Moskvadan Vensin Bakı səfərinə reaksiya - Peskov danışdı

Moskvadan Vensin Bakı səfərinə reaksiya - Peskov danışdı

Dünya

11 Fevral 2026, 13:45

Rusiya həm Ermənistan, həm də Azərbaycanla demək olar ki, hər sahədə faydalı əməkdaşlıq edir.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Cey. Di. Vensin Cənubi Qafqaza səfəri və üç ölkənin genişmiqyaslı birgə layihələr planları barədə açıqlamalarını şərh edərkən bildirib.

Prezidentin mətbuat katibi deyib ki, Ermənistan və Azərbaycan digər ölkələrlə münasibətlərini inkişaf etdirmək hüququna malik suveren dövlətlərdir.

"Onlar suveren dövlətlərdir və digər ölkələrlə münasibətlərini inkişaf etdirmək üçün suveren hüquqa malikdirlər".

Peskov deyib ki, Moskva İrəvan və Bakı ilə əməkdaşlıqları davam etdirmək niyyətindədir.

O qeyd edib ki, "Moskvanın həm Bakı, həm də İrəvanla geniş ikitərəfli münasibətləri var və bu, hər bir mümkün sahəni əhatə edir:

“Buraya qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiyalar və mədəni münasibətlər daxildir", - Peskov deyib.

"Və əlbəttə ki, biz bu münasibətləri tərəfdaşlarımızla təkcə bizim üçün deyil, həm də onlar üçün qarşılıqlı faydalı bir vəziyyət təşkil edəcək şəkildə inkişaf etdirmək niyyətindəyik".

Vensin Cənubi Qafqaza çoxgünlük səfəri bu gün başa çatır. O, ABŞ adından Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Ermənistanla isə nüvə enerjisi sahəsində əməkdaşlıq və məlumat mərkəzlərinin tikintisi ilə bağlı danışıqları başa çatdırıb.

Sizə yeni x var
Keçid et
Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər