Modern.az

Paşinyan Qazax-İcevan yolu ilə bağlı suala cavab verdi

Paşinyan Qazax-İcevan yolu ilə bağlı suala cavab verdi

Dünya

11 Fevral 2026, 17:46

Kommunikasiyaların açılması prosesində müzakirə olunmayan heç bir məsələ, o cümlədən dəmir yolu xətti yoxdur.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə keçirilən hökumət saatı zamanı bildirib.

O, deputatlardan birinin Qazax-İcevan dəmir yolu xəttinin bərpasının müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, bu məsələ də gündəmdədir.

“Əlbəttə ki, müzakirə olunur. Lakin sözügedən dəmir yolu hissəsi ilə bağlı nəzərə almalıyıq ki, Aqarçin kəndi ərazisində torpaq sürüşmələri baş verir. Bu isə həll oluna bilən məsələdir. Əgər həmin dəmir yolu xətti kifayət qədər yükdaşımaya və gəlirlilik perspektivinə malik olduğunu göstərərsə, onun bərpası mümkündür”, - deyə Paşinyan bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakını müharibə ilə hədələdi