Modern.az

Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib

Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib

Dünya

11 Fevral 2026, 20:38

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın münaqişənin həlli üçün Rusiya ilə danışıqların növbəti mərhələsini təşkil etmək təklifini qəbul etdiyini açıqlayıb.

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, yeni müzakirələr gələn həftənin əvvəlində — fevralın 17-si və ya 18-i baş tuta bilər.

Gündəmdə əsas məsələ ABŞ-ın Donbas ərazisində azad iqtisadi zona yaradılması təşəbbüsü olacaq. Zelenski bildirib ki, həm Kiyev, həm də Moskva bu ideyaya ehtiyatla yanaşır.

“Tərəflərdən heç biri azad iqtisadi zona ideyasını tam dəstəkləmir — nə ruslar, nə də biz. Fikir ayrılıqlarımız var,” — deyə Ukrayna lideri əlavə edib.

“Bloomberg”in məlumatına görə, hazırda Rusiyanın ABŞ-a nümayəndə göndərib-göndərməyəcəyi hələ dəqiq məlum deyil. Ötən mərhələdəki məsləhətləşmələr BƏƏ-də həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakını müharibə ilə hədələdi