Qırğız Respublikasının Joqorku Keneşinin (Parlament - Qeyd) sədri Nurlanbek Şakiyev istefa verib.
Modern.az xəbər verir ki, bu barədə Qırğız mətbuatı məlumat yayıb.
"Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki şəxsə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm; mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü olaraq istefa vermək qərarına gəldim. Bu, mənim xarici təzyiq olmadan verilən şəxsi qərarımdır", - Nurlanbek Şakiyev vəzifəsindən ayrılarkən bildirib.