“Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyan bu gün təqdimatı keçirilən “Güclü Ermənistan” Partiyasının baş nazirliyə namizədi olacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə təqdimat mərasimi zamanı bildirilib.
Bir gün əvvəl Samvel Karapetyan yekdilliklə “Güclü Ermənistan” Partiyasının lideri seçilib.
Qeyd edək ki, Karapetyan 2025-ci ilin iyun ayında həbs edilib. İş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə cinayət işi açılıb.
2025-ci ilin dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.
Samvel Karapetyan Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın əsas rəqibi sayılır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.