Türkiyəli aparıcı Hasan Can Kayanın narkotik testinin nəticəsi açıqlanıb.
Modern.az xəbər verir ki, “Həyatımda heç vaxt siqaret belə çəkməmişəm” deyən Kayanın analizlərinin nəticəsi mənfi olub. Rəsmi açıqlamaya görə, onun orqanizmində hər hansı narkotik və ya stimullaşdırıcı maddə aşkarlanmayıb.
Qeyd edək ki, Hasan Can Kaya İstanbul Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılmışdı.