Tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə müsahibədən sonra çərşənbə günü İsraildə saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Taker Karlson özü mediaya danışıb.
Karlsonla İsrailə səfirin təklifi ilə gedib.
Jurnalist Qəzzadakı hərbi əməliyyatlarına görə İsraili tez-tez tənqid edib.
Karlson “Daily Mail”ə bildirib ki, İsrail rəsmiləri onun pasportunu müsadirə edib və prodüserini dindirmə otağına aparıblar.
"Özlərini hava limanının təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər pasportlarımızı götürdülər, prodüserimizi ayrı bir otağa apardılar və sonra səfir Hakabi ilə nələri müzakirə etdiyimizi soruşdular. Bu, qəribə idi", - Karlson deyib.
İki mənbə bildirib ki, İsrail hökuməti əvvəlcə Karlsonu ölkəyə buraxmaqdan imtina edib və bu da Dövlət Departamentinin iştirakı ilə incə danışıqlara səbəb olub.
Nəticədə İsrail hökuməti Karlsonun ölkəyə girişinə icazə verməmək qərarına gəlib.
Maraqlıdır ki, İsraildəki ABŞ səfirliyinin sözçüsü Karlsonun saxlanılmasını təkzib edib və bildirib ki, o, "səfir Hakabi və digər diplomatlar da daxil olmaqla, İsrailə gələn saysız-hesabsız ziyarətçi ilə eyni pasport nəzarəti suallarına məruz qalıb".
Ötən həftə T.Karlson səfir Hakabini İsraildəki xristianları lazımi səviyyədə qorumamaqda günahlandırıb.