Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-Yol qiyamda günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, Seul məhkəməsi onu 2024-cü ilin dekabr ayında hərbi vəziyyət elan edilərkən üsyan təşkil etməkdə günahkar bilib. Prokurorluq Yun Sok-Yol üçün ölüm cəzası tələb etmişdi.
2024-cü ilin dekabr ayının əvvəlində Yun Sok-Yol "Şimali Koreya tərəfdarı olan dövlət əleyhinə qüvvələrin aradan qaldırılması" zərurətini əsas gətirərək Cənubi Koreyada fövqəladə vəziyyət elan etdi və müxalifət partiyalarını "ölkəni iflic edən iyrənc hərəkətləri dayandırmağa" çağırdı. Parlament prezidentin impiçmenti üçün səs verdi və o, yanvar ayında həbs olundu.
Üsyan təşkil etməklə yanaşı, Yun Sok-yol ədalətin qarşısını almaqda, səlahiyyətlərindən sui-istifadə etməkdə və 2024-cü ilin oktyabrında Şimali Koreyaya dron göndərmək əməliyyatında düşmənə kömək etməkdə ittiham olunub.