Rusiyanın Sankt-Peterburq şəhərində miqrantların pərakəndə və topdansatış mağazalarında işləməsini qadağan etmək təklifi irəli sürülür.
Modern.az xəbər verir ki, Regional Daxili İşlər Nazirliyinin rəhbəri Roman Plugin bu ideyanı səsləndirib.
Plugin şəhər qanunvericilik məclisinə illik hesabatında bildirib ki, "hazırda kuryer və taksi sürücülərini əhatə edən təşəbbüs əsasında öz təşəbbüsümüzü formalaşdırır və miqrantların pərakəndə və topdansatış ticarətində istənilən vəzifədə işləməsini qadağan etmək üçün petisiya təqdim etmək istəyirik". O hesab edir ki, belə bir addım "iqtisadiyyata zərbə olmayacaq".
Şəhərdə də oxşar məhdudiyyətlər artıq mövcuddur: məsələn, iş icazəsi ilə işləyən əcnəbilərə taksi və çatdırılma sənayesində işləmək qadağandır.
Təklif yanvar ayının sonlarında baş verən bir hadisədən irəli gəlib: Özbəkistan vətəndaşı olan iki mühafizəçi "Perekrestok" mağazalar şəbəkəsinin 24 yaşlı müştərisini oğurluqda şübhəli bilərək boğublar.
Xatırladaq ki, Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarından patent almaq tələb olunur.