Keçmiş İngiltərə şahzadəsi Şahzadə Andrey vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, həbs Jeffrey Epstein işi çərçivəsində aparılan araşdırmalarla bağlıdır.
Bildirilir ki, istintaq Prens Andreyin Epstein ilə əlaqələri, bu münasibətlər fonunda nüfuzundan və mövqeyindən mümkün sui-istifadə halları, həmçinin istintaqa mane ola biləcək addımlar barədə irəli sürülən iddiaları əhatə edir.
Məlumata görə, son dövrdə ortaya çıxan yeni materiallar və ifadələr araşdırmanın genişləndirilməsinə səbəb olub. Prens Andrey daha əvvəl Epstein ilə tanışlığını təsdiqləsə də, ona yönələn ittihamları qəbul etməmişdi.
Qeyd edək ki, bu gün keçmiş Şahzadə Andreyin 68 yaşı tamam olub. Onun şahzadə statusu əlindən alınıb.