Modern.az

Britaniya kralı qardaşının həbsindən danışdı: narahatam

Britaniya kralı qardaşının həbsindən danışdı: narahatam

Dünya

19 Fevral 2026, 16:48

Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryunun həbsi ilə bağlı danışıb.

Modern.az xəbər verir ki, o, qardaşının həbsindən dərin narahatlıq keçirdiyini bildirib.

"Endryu ilə bağlı xəbərlərdən və dövlət vəzifəsində qanun pozuntuları iddialarından ən dərin narahatlıqla xəbər tutdum. İnanıram ki, bu məsələ ilə bağlı müvafiq qaydada və aidiyyəti orqanlar tərəfindən tam, ədalətli və düzgün araşdırma aparılacaq",- III Çarlz deyib.

Xatırladaq ki, Jeffrey Epstein işi çərçivəsində aparılan araşdırmalarla əlaqədar keçmiş İngiltərə şahzadəsi Şahzadə Andrey vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı