Modern.az

Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur

Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur

Dünya

19 Fevral 2026, 19:01

"Kulevi neft terminalı Rusiya əleyhinə tətbiq olunan sanksiyalardan yan keçmək məqsədilə istifadə edilmir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziriIrakli Kobakhidze deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti sanksiya rejiminə ciddi əməl edir və məsələ ilə bağlı ABŞ, Avropa və Britaniyadan gələn monitorinq missiyaları iddiaların əsassız olduğunu təsdiqləyib. Bu barədə Avropa qurumlarına da ətraflı məlumat təqdim edilib.

Qeyd edək ki, daha əvvəl Reuters Aİ-nin 42 tankeri qara siyahıya salmağı, həmçinin ilk dəfə olaraq üçüncü ölkələrin – İndoneziya və Gürcüstan limanlarına, o cümlədən Kulevi terminalına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını yazmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı