ABŞ Qəzza zolağında 5 min hərbçi üçün nəzərdə tutulmuş hərbi baza tikməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə The Guardian Sülh Şurasının sənədinə istinadla məlumat yayıb. Bildirilir ki, baza ərazinin cənub hissəsində yerləşəcək və Şura çərçivəsində yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin əməliyyat mərkəzi olacaq.
Məlumata görə, tikinti üçün silahlı münaqişə zonalarında təcrübəsi olan kiçik inşaat şirkətləri qrupu tenderə dəvət edilib.
Sülh Şurasının ilk iclası fevralın 19-da Vaşinqtonda keçirilib və quruma 58 ölkə dəvət olunub.