Modern.az

G20 sammitinin keçiriləcəyi tarix AÇIQLANIB

G20 sammitinin keçiriləcəyi tarix AÇIQLANIB

Dünya

19 Fevral 2026, 19:49

“Böyük İyirmilik”in 2026-cı il sammitinin tarixi açıqlanıb.

Modern.az xəbər verir ki, tədbir dekabrın 14-15-də Florida ştatının Mayami şəhərində yerləşən Trump National Doral klubunda təşkil olunacaq.

Bildirilib ki, ABŞ-nin G20-yə sədrliyi ili Donald Trumpın rəhbərliyi ilə keçiriləcək liderlər sammiti ilə yekunlaşacaq.

ABŞ-nin maliyyə naziri Scott Bessent qeyd edib ki, Vaşinqton sədrliyi dövründə iqtisadi artımın təşviqi, maliyyə tənzimlənməsinin yenilənməsi, borc sahəsində şəffaflığın artırılması və restrukturizasiya prosesinə dəstək, rəqəmsal aktivlərin inkişafı, ödəniş sistemlərində fırıldaqçılıqla mübarizə və maliyyə savadlılığının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirib.

Sizə yeni x var
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı