Modern.az

Tabutumu azərbaycanlılar daşısın - Əhməd Davudoğlu

Tabutumu azərbaycanlılar daşısın - Əhməd Davudoğlu

Dünya

19 Fevral 2026, 19:42

Dəfn mərasimimdə “ikiüzlü siyasətçilərin” iştirakını istəmirəm.

Modern.az xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, “Gələcək Partiyası”nın lideri Əhməd Davudoğlu vəsiyyəti ilə bağlı danışarkən bildirib.

Sabiq baş nazir deyib ki, tabutunun azərbaycanlı, fələstinli, somalili və bosniyalı gənclər tərəfindən çiyinlərdə daşınmasını arzulayır. “Tabutumun azərbaycanlı, fələstinli, somalili, bosniyalı gənclərin çiyinlərində daşınmasını çox istərdim. Bu, gənclərə vəsiyyətimdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Əhməd Davudoğlu 2003-cü ildə Rəcəb Tayyib Ərdoğanın baş müşaviri kimi siyasi fəaliyyətə başlayıb. 2009–2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014–2016-cı illərdə isə 26-cı baş naziri olub. 2016-cı ildə istefa verib, 2019-cu ildə isə “Gələcək Partiyası”nı yaradaraq müxalifətə keçib.

Sizə yeni x var
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı