Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Sabitləşdirmə Qüvvəsi çərçivəsində hərbi qüvvə təmin edilməsinə hazırlıq görüldüyünü bildirib.
Modern.az xəbər verir ki, o bunu Sülh Şurasının iclasında çıxışı zamanı Türkiyənin sülh təşəbbüslərinə dəstəyini ifadə edərək, “Türkiyə səylərinizi dəstəkləyir, cənab sədr”, — deyə vurğulayıb.
Nazir qeyd edib ki, Ankara regional və beynəlxalq sabitliyin qorunması istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdır və bu prosesdə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlıq etməyi davam etdirəcək.