Modern.az

TikTok-da hərbçilərdən pul alan qadın 5 il həbs edilib

TikTok-da hərbçilərdən pul alan qadın 5 il həbs edilib

Dünya

20 Fevral 2026, 02:53

Ukraynada TikTok platformasında başqalarına məxsus fotolardan istifadə etməklə hərbçiləri aldadan qadın məhkəmə tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lvov vilayətinin sakini TikTok-da “VSU Mələkciyi” adlı saxta hesab yaradaraq özünü hərbi tibb işçisi kimi təqdim edib. O, şəbəkə üzərindən Ukrayna Milli Qvardiyasının hərbçisi ilə yaxınlıq qurub, daha sonra müxtəlif uydurma hadisələr bəhanəsi ilə ondan pul istəməyə başlayıb.

Qadın guya qardaşının vəfat etdiyini və dəfn xərcləri üçün vəsaitə ehtiyac olduğunu bildirib, iki dəfə “yol-nəqliyyat hadisəsinə düşdüyünü” deyərək müalicə pulu istəyib. Bundan başqa, birgə ev almaq planı uyduraraq sənədləşmə adı ilə hərbçini bank kartını ona göndərməyə razı salıb və həmin vəsaitlərdən şəxsi məqsədlər üçün istifadə edib.

Ümumi maddi zərərin məbləği 931 955 qrivna təşkil edib. Məhkəmə qadını dələduzluqda təqsirli bilərək 5 il həbs cəzası verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı