Modern.az

Türkiyə Qəzzada sabitləşdirməyə dəstək verəcəyini açıqlayıb 

Türkiyə Qəzzada sabitləşdirməyə dəstək verəcəyini açıqlayıb 

Dünya

20 Fevral 2026, 01:49

"Qəzzada səhiyyə və təhsilin bərpasına töhfə verə, beynəlxalq sabitləşdirmə qüvvələri üçün hərbi kontingent ayıra bilərik".

Modern.az xəbər verir ki, bunu Sülh Şurasının iclasında Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan deyib.

Nazir bildirib ki, Türkiyə səhiyyə və təhsil sektorlarının bərpasına, eləcə də polis qüvvələrinin hazırlanmasına əhəmiyyətli töhfə verə bilər. Onun sözlərinə görə, Ankara Beynəlxalq Sabitləşdirmə Qüvvələri çərçivəsində hərbi kontingent təqdim etməyə də hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı