Modern.az

Türkiyə səhəri zəlzələ ilə AÇDI

Türkiyə səhəri zəlzələ ilə AÇDI

Dünya

20 Fevral 2026, 08:32

Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Hatayın Kırıkhan rayonunda yerli vaxtla saat 06:10 radələrində baş vermiş zəlzələ yerin 9 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və insan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi