Modern.az

Yadplanetlilər haqda məxfi sənədlər açıqlanacaq

Yadplanetlilər haqda məxfi sənədlər açıqlanacaq

Dünya

20 Fevral 2026, 10:44

Tramp kənar sivilizasiyalar və Naməlum Uçan Obyektlərlə bağlı məxfi hökumət sənədlərinin aşkar edilməsi barədə qərarını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə kənar sivilizasiyalar və Naməlum Uçan Obyektlərlə haqqında bəhs edən hökumət sənədlərinin məxfiliyinin ləğv edilməsini tapşıracağını bildirib:

"Mən Müdafiə nazirinə, müvafiq departamentlərə və agentliklərə yadplanetli və kənar sivilizasiyaların həyatı, naməlum hava hadisələri və uçan obyektlərlə bağlı hökumət sənədlərinin müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracağam", — deyə Trampın paylaşımında qeyd olunur.

O, həmçinin vurğulayıb ki, "çox mürəkkəb", lakin vacib və maraqlı məsələlərlə bağlı digər məlumatları ehtiva edən sənədlər də ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, bundan əvvəl Tramp, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın yadplanetlilərin mövcudluğu haqqında danışarkən məxfi məlumatları ifşa etdiyini iddia etmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi