Cefri Epsteynin varisləri istismara məruz qaldıqlarını iddia edən qadınlarla 35 milyon dollara qədər təzminat ödəməyə razılaşıblar.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Razılaşma ən azı 40 qadını əhatə edən bir qrup zərərçəkmişin bütün iddialarını həll etmək üçün nəzərdə tutulub.
Bu məbləğ daha əvvəl Epşteyn Qurbanlarının Kompensasiya Proqramı çərçivəsində 136 iddiaçıya ödənilmiş 121 milyon dollardan sonra həyata keçiriləcək əlavə ödənişdir.
Epsteynin vəkili və mühasibi vəzifəsində çalışan Darren İndike və Riçard Kahn bildirib ki, razılaşma Epsteyndən qalan əmlak hesabına maliyyələşdiriləcək.
Razılaşma layihəsinin qəti olması üçün Nyu-Yorkdakı federal hakim tərəfindən təsdiqlənməlidir.
Bu razılaşma ABŞ-da ən səs-küylü qalmaqallardan birinin qurbanlarına ödənişlərin edilməsi ilə bağlı çoxillik prosesdə son addım olacaq.