Modern.az

Tramp "Sülh Şurası"nın iclasında yatdı - VİDEO

Tramp "Sülh Şurası"nın iclasında yatdı - VİDEO

Dünya

20 Fevral 2026, 10:38

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən "Sülh Şurası"nın ilk iclasında yuxulu vəziyyətdə lentə alınıb.

Modern.az xəbər verir ki, Görüntülər Diario AS tərəfindən YouTube-da yayılıb.

Kadrlarda Amerika liderinin iştirakçıların çıxışları zamanı gözlərini yumduğu və heç bir reaksiya göstərmədiyi, yuxuladığı görünür.

Onun təşəbbüskarı olduğu "Sülh Şurası"nın ilk iclası Donald Trampın sədrliyi ilə Vaşinqtonda keçirilib. İclasda ABŞ Prezidenti Qəzza zolağını dəstəkləmək üçün 7 milyard dollar ayırmaq planlarını açıqlayıb. Maliyyə yardımı Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla doqquz ölkədən gələcək. ABŞ komandanlığı altında olacaq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması da elan edilib.
 

 

Sizə yeni x var
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi