Modern.az

Putin Türkiyəyə yeni səfir təyin etdi

Putin Türkiyəyə yeni səfir təyin etdi

Dünya

20 Fevral 2026, 11:36

Prezident Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edib.

Modern.az xəbər verir ki, bu barədə prezident sərəncamı hüquqi aktlar portalında dərc edilib.

Daha sonradan verilən sərəncamla Verşinin Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Verşinin ərəb, fransız və ingilis dillərində danışır. O, 27 mart 2018-ci ildən nazir müavini vəzifəsində çalışırdı.

Vladimir Putinin digər sərəncamı ilə Sergey Borisenko Rusiya Federasiyasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Qahirədəki Ərəb Dövlətləri Liqasındakı səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edilib. Başqa bir sərəncamla isə Sergey Borisenko Rusiya Federasiyası xarici işlər nazirinin müavini təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi