Modern.az

Lavrov Arakçi ilə İranın vəziyyətini müzakirə etdi

Lavrov Arakçi ilə İranın vəziyyətini müzakirə etdi

Dünya

20 Fevral 2026, 14:20

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Arakçi ilə müzakirə aparıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlər İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət, o cümlədən Cenevrədə keçirilən ABŞ-İran dolayı təmaslarının nəticələri barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, Rusiya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edən ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.

Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran konkret ikitərəfli məsələlər də müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?