Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov İsveçrədə keçirilən danışıqların yekunları ilə bağlı açıqlama verib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, danışıqlar heyəti tərəfindən geniş hesabat təqdim olunub və müharibənin ləyaqətli şəkildə başa çatdırılması üçün real imkanların mövcud olduğu qənaətinə gəlinib.
Umerovun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiq göstərmək potensialı davamlı və etibarlı sülhün bərqərar olmasına ciddi töhfə verə bilər.
O qeyd edib ki, fevral ayında növbəti danışıqlar mərhələsinin keçirilməsi planlaşdırılır və bu raundun nəticəverici olacağına ümid edilir. Bildirilib ki, qarşıdakı üçtərəfli görüş ərəfəsində Ukrayna tərəfi ən mürəkkəb suallara cavablarını hazırlayıb və əsas prioritetləri müəyyənləşdirib.
Şura katibi vurğulayıb ki, liderlər səviyyəsində görüş formatı həlledici əhəmiyyət daşıya bilər:
“Komandalar səviyyəsində həllini tapmayan məsələlərin liderlər səviyyəsində müzakirəsi vacibdir və Ukrayna bu formata hazırdır”, – deyə Umerov bildirib.