Modern.az

Belarus Ordusu döyüş hazırlığına gətirilir

Belarus Ordusu döyüş hazırlığına gətirilir

Dünya

22 Fevral 2026, 09:28

Belarus Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığına tabe olan hərbi hissələr respublika ordusunda aparılan yoxlamalar çərçivəsində döyüş hazırlığı vəziyyətinə keçirilir.

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, Silahlı Qüvvələrdə döyüş hazırlığının yoxlanılması prosesi davam edir və Qərb Əməliyyat Komandanlığının bölmələri döyüş rejiminə gətirilir.

Məlumata əsasən, mexanikləşdirilmiş briqadalardan birində texnikanın qəbul məntəqəsi fəaliyyətə başlayıb. Bölmələr xalq təsərrüfatına aid nəqliyyat vasitələrini təhvil alır. Həmçinin bir sıra nəqliyyat vasitələri anbarlardan çıxarılaraq istifadəyə verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?