ABŞ-li milyarderin qurduğu və azyaşlı qızların cəlb olunduğu fahişəlik şəbəkəsi ilə əlaqəli qadınların, onun 2019-cu ildə həbsinədək Böyük Britaniya hava limanlarından istifadə edərək müxtəlif ölkələrə səfər etdikləri müəyyənləşib.
Modern.az xəbər verir ki, bu barədə The Times uçuş qeydlərinə əsasən məlumat yayıb.
Məlumata görə, Epşteynin şəxsi təyyarəsi 60-dan çox Britaniya hava limanına eniş edib. O, pedofiliya ittihamı ilə saxlanılanadək şəbəkədə yer alan qadınların Böyük Britaniya üzərindən müntəzəm reyslərlə uçuşlarını təşkil edib.
Qeyd olunan məntəqələr arasında Londranın qərbində yerləşən RAF Northolt hərbi hava bazası da var. Faktlarla bağlı altı müxtəlif polis qurumu araşdırma aparıb.
Bildirilib ki, 2019-cu ilin iyulunda bir rus qadın London–Nyu-York marşrutu üzrə uçuş həyata keçirib və onun üçün Epsteinin köməkçisi Lesli Qeff tərəfindən ləğv edilə bilən otel rezervasiyası edilib.
Epşteynin şəxsi təyyarəsinin 2015-ci ilin mayında Northolt bazasına enərək yanacaq götürdüyü, onun Londona əsasən London Luton Airport vasitəsilə daxil olduğu qeyd olunur. (HaberGlobal)