Modern.az

Fransanın təyyarədaşıyan gəmisinə dron hücumu

Fransanın təyyarədaşıyan gəmisinə dron hücumu

Dünya

27 Fevral 2026, 01:26

Fransa Silahlı Qüvvələri “Şarl de Qoll” təyyarədaşıyan gəmisinə istiqamətlənən pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.

Modern.az xəbər verir ki, insident İsveç sahillərində, Malmö şəhəri yaxınlığında qeydə alınıb. Məlumata əsasən, PUA İsveç Silahlı Qüvvələri tərəfindən məhv edilib və bu zaman elektron mübarizə vasitələrindən istifadə olunub.

Hazırda dronun qalıqları aşkar edilməyib, onun hansı ölkəyə məxsus olduğu isə hələlik açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!