“Mən Annanın qərarına hörmətlə yanaşıram”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın boşanmaq barədə qərarına münasibət bildirərkən deyib.
Baş nazir sosial mediada yazıb: “Son 30 ildə bütün çətin günlərimdə o, mənim yanımda olub, sığınacağım və dayağım olub. Onun üçün belə olduğumdan əmin deyiləm.
Bəlkə də daha çox acılıq yaratmışam və buna görə üzr istəyirəm”.
Xatırladaq ki, Anna Akopyan Nikol Paşinyandan boşandığı barədə açıqlama verib və deyib ki, hökumət evindən çıxaraq kirayə mənzilə köçür: "Baş nazir Nikol Paşinyanla evliliyim bitdi".