Modern.az

Ermənistanda daha bir əsgər ölümü: həbs edilən var

Ermənistanda daha bir əsgər ölümü: həbs edilən var

Dünya

Bu gün, 09:19

Ermənistanın Geqarkunik bölgəsindəki N saylı hərbi hissəsinin bir əsgəri ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib, amma fotojurnalist Qaqik Şamşyan qətl hadisəsinin baş verdiyini bəyan edib.

“26 fevralda Geqarkunik bölgəsində yerləşən döyüş mövqelərindən birində odlu silahdan istifadə edilməklə qətl hadisəsi baş verib.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Geqarkunik regional hərbi polisi bir əsgərin atəş nəticəsində öldüyü barədə əməliyyat məlumatı alıb. Alınan məlumatların etibarlı olduğu yerində məlum olub.

Hərbi Polisin əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri hadisə yerinə gəliblər.

Ölən əsgər Abovyan şəhər sakini 19 yaşlı Narek Akopyandır.

Şübhəlinin şəxsiyyəti məlumdur, o tapılıb”, - deyə Ermənistanın Shamshyan.com saytı yazıb.

Sizə yeni x var
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama