Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Gürcüstana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O, Paşinyanın səfərinə görə martın 4-də parlamentdə illik hesabatın təqdimatının təxirə salındığını qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan sonuncu dəfə Gürcüstanda ötən ilin oktyabrında işgüzar səfərdə olub.