Modern.az

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb

Dünya

27 Fevral 2026, 14:06

Cəllabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlunun Rusiya-Ukrayna  müharibəsində itkin düşdyü barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.

Bildirilib ki, Abbasov Mehdi Elçin oğlu 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada aparılan müharibəyə getmək üçün müqavilə bağlayıb.

Ailəsi onunla sonuncu dəfə mayın-5 də əlaqə saxlıyıb və daha sonra əlaqə kəsilib.

Məlumata görə, Mehdi Abbasov sonuncu dəfə 15 nəfərlik qrupla döyüşə girib. Onların hamısının itkin düşdüyü qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!