Modern.az

24 yaşlı qadın beşəm dünyaya gətirdi

24 yaşlı qadın beşəm dünyaya gətirdi

Dünya

Bu gün, 13:54

Çinin Sincan Uyğur Muxtar Vilayətindən olan 24 yaşlı qadın beşəm - biri oğlan, dördü qız -  dünyaya gətirib.

Modern.az xəbər verir ki, tibb işçilərinin dediyinə görə, təbii yolla beşəm dünyaya gətirmə ehtimalı 60 milyonda 1-dir.

"Bu, indiyə qədər gördüyüm ən yüksək çoxdöllü doğuş sayıdır", - qadının yerləşdirildiyi Çjunnan Xəstəxanasının mamalıq şöbəsinin təxminən 40 illik təcrübəsi olan baş həkimi Li Ciafu yerli mətbuata bildirib.

Beşəm hamiləliyin 28 həftəsində dünyaya gəlib. İlk doğulan 990 qram ağırlığında oğlanın ardınca isə 1020 qram, 970 qram, 1030 qram və 870 qram ağırlığında bacılar dünyaya gəlib. Körpələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var