Modern.az

Ukrayna ilə Rusiya razılığa gəldi

Ukrayna ilə Rusiya razılığa gəldi

Dünya

Bu gün, 16:34

Ukrayna və Rusiya Federasiyası Zaporojye Atom Elektrik Stansiyasını təmin edən yüksəkgərginlikli elektrik xəttinin təmiri üçün lokal atəşkəs barədə razılığa gəlib.

Modern.az bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) “Twitter” hesabındakı məlumata istinadla xəbər verir.

BAEA-nın məlumatında deyilir: “BAEA-nın vasitəçiliyi ilə Zaporojye Atom Elektrik Stansiyasına 330 kV-luq ehtiyat enerji təchizatının bərpasına imkan verəcək daha bir lokal atəşkəs qüvvəyə minib”.

Agentliyin Baş direktoru Rafael Qrossi, həmçinin bildirib ki, təmir işlərinin aparıldığı ərazidə minatəmizləmə işləri davam edir və bu, orada işləyən briqadalar üçün təhlükəsiz girişi təmin etməlidir.

Xatırladaq ki, son aylarda Ukrayna ilə Rusiya arasında bir neçə lokal atəşkəs elan edilib və həmin müddət ərzində təmir briqadaları zədələnmiş elektrik xətlərini bərpa ediblər. (AzərTac)

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var