Modern.az

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Dünya

Bu gün, 22:04

İran ətrafında davam edən gərginlik səbəbindən Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına vəziyyət sabitləşənədək bu ölkəyə səfər etməməyə çağırış edib.

Modern.az xəbər verir ki, rəsmi açıqlamada hazırda İranda olan Qazaxıstan vətəndaşlarına mümkün olduqda ölkəni tərk etmək tövsiyə edildiyi qeyd edilib.

 Onlara təhlükəsizlik qaydalarına ciddi əməl etmək, ayıq-sayıq olmaq, rəsmi məlumatları izləmək və yerli qurumların göstərişlərinə riayət etmək məsləhət görülüb.

Nazirlik həmçinin Yaxın Şərq ölkələrinə səfər planlaşdıran şəxslərə bölgədə vəziyyətin qəfil kəskinləşə biləcəyini nəzərə almağı tövsiyə edib.

Bildirilib ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyətini normal rejimdə davam etdirir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var