ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verərək bildirib ki, Tehran nüvə silahına sahib ola bilməz.
Modern.az xəbər verir kiŞ o İranın mövqeyindən məmnun deyil, lakin cümə günü əlavə danışıqlar keçiriləcəyini qeyd edib.
Tramp vurğulayıb ki, İran razılaşma əldə etmək istəyir və ABŞ hərbi güc tətbiq etmək istəmir, amma bəzi hallarda buna məcbur qala bilər.
Prezident əlavə edib ki, İran açıq şəkildə “nüvə silahı olmayacaq” kimi qəti mövqe ortaya qoymur. (Haberlobal)