Modern.az

OpenAI Pentaqonla mümkün sazişi araşdırır

OpenAI Pentaqonla mümkün sazişi araşdırır

Dünya

Bu gün, 01:42

ABŞ-ın OpenAI şirkətinin Pentaqon ilə mümkün əməkdaşlıq üçün danışıqlar apardığı iddia edilir.

Modern.az xəbər verir ki, məlumata görə, şirkətin baş direktoru Sam Altman əməkdaşlara göndərdiyi qeyddə modellərin məxfi mühitlərdə istifadəsinə imkan verəcək, lakin daxili nəzarət və avtonom hücum silahları kimi tətbiqləri istisna edən razılaşmanın mümkünlüyünü araşdırdıqlarını bildirib.

Bu proses Anthropic şirkəti ilə Pentaqon arasında yaranmış gərginlik fonunda gündəmə gəlib. Anthropic-in hazırladığı “Claude” modelinin hərbi məqsədlərlə istifadəsi ilə bağlı məhdudiyyətlər tərəflər arasında narazılığa səbəb olub.

Mənbələrin bildirdiyinə görə, hələlik heç bir rəsmi saziş imzalanmayıb və danışıqların uğursuzluqla nəticələnməsi ehtimalı var. Altman isə hökumətlə əməkdaşlıqda demokratik nəzarət prinsipinə sadiq qaldıqlarını vurğulayıb. (TRT Haber)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var