İtaliya Xarici İşlər Nazirliyi vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib.
Modern.az xəbər verir ki, qurum Yaxın Şərqdə davam edən qeyri-sabit təhlükəsizlik şəraitini nəzərə alaraq bölgədə son dərəcə ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.
Bəyanatda bildirilib ki, turizm məqsədilə İranda olan və ya ölkədə qalması zəruri olmayan italyanlar mümkün qədər tez ərazini tərk etməlidirlər. Eyni zamanda İraq və Livana səfərlər də məsləhət görülmür.
İsraildə olan İtaliya vətəndaşlarına isə maksimum diqqətli və ayıq-sayıq olmaları tövsiyə edilib. (Reuters)